«Avropa İttifaqında Türkiyəyə yer yoxdur!» - Fransua Fiyon

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransa prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Fransua Fiyon bəyan edib ki, Türkiyə böyük dövlətdir, amma tarixi-mədəni xüsusiyyətlər baxımından Avropa İttifaqının bir hissəsi ola bilməz. Xəbəri «İnterfaks» agentliyi yayıb.

Fiyonun sözlərinə görə, Türkiyənin Avropa İttifaqına birləşdirilməsi barədə danışıqları dayandırmaq lazımdır.

«Fundamental məsələ ondan ibarətdir ki, Türkiyə Avropa ölkəsidirmi və o, Aİ-na daxil olmalıdırmı? Mənim cavabım həmişə birmənalı olub - yox!» - deyə, Fiyon izah edib.

«Türkiyə Avropa ölkəsi deyil, amma o, nəhəng dövlətdir. Onun mədəniyyəti Avropa mədəniyyəti deyil, Avropa İttifaqında ona yer yoxdur. Özündə cəsarət tapmaq və Türkiyə hökumətinə doğru söyləmək lazımdır ki, Aİ-a birləşmək olmayacaq. Nədən ki, Avropa xalqları Türkiyənin birləşməsi məsələsində heç vaxt vahid mövqeyə gəlməyəcək» - deyə, fransalı siyasətçi əminliyini ifadə edib.

Fiyon həm də Türkiyə xarici işlər naziri Çavuşoğlunun Fransa ərazisində yaşayan türk fəallarla mintiq keçirməsinə Fransa hakimiyyətinin icazə verməsini tənqid edib. Tədbir ölkənin şərqindəki Mets şəhərində keçirilib. Elə həmin gün Niderland hökuməti Çavuşoğlunu ölkəyə buraxmamışdı.

«Biz, Hollandiyalı qonşularımızla daha çox həmrəylik nümayiş etdirməli idik, Avropa Türkiyə ilə konstruktiv dialoqu davam etdirməlidir. Dialoq var ki, onu aparmaq lazımdır. Ancaq söhbət Türkiyədən düşmən düzəltməkdən getmir - məsələ belə qoyulmayıb» - deyə, Fiyon fikirini tamamlayıb.

Məlumat üçün bildirək ki, təxminən bir il bundan əvvəl Fransanın sabiq prezidenti Sarkozi də Türkiyə ilə bağlı eyni fikiri səsləndirmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar