Təcili yardım əvəzinə səhvən yanğınsöndürən çağırılıb - Xəstə ölüb

Gəncə şəhərində qıcolma tutan şəxsin qohumları səhvən yanğın söndürənləri çağırıblar, xəstə ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Məhsəti Gəncəvi qəsəbəsində yaşayan sakin qıcolma keçirib. Bu zaman onun yaxınları təcili yardım əvəzinə səhvən Föfqəladə Hallar Nazirliyinin 101 qaynar xəttinə zəng vuraraq hadisə yerinə yanğın söndürən maşın çağırıblar.

Nazirliyin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsindən "Report"un qərb bürosuna verilən məlumata görə, çağrılış əsasında deyilən ünvana 4 yanğınsöndürən maşın göndərilib.

Daha sonra çağırışın səhvən olduğu məlum olub və hadisə yerinə təcili tibbi yardım çağrılıb. Təcili tibbi yardrım maşını hadisə yerinə gələnə qədər xəstə ölüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar