"Qiymətlər insanları narahat edəcək dərəcədə qalxmayıb" - Əli Əhmədov

Ticarətçilər bayramqabağı müştərilərinnin çoxaldığını görürlər və bundan istifadə edirlər.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib.

"Bu yaxınlarda Novruz bayramı qabağı bazardakı qiymətləri nəzarətdə saxlamaq üçün bir necə marketdə oldum. Qiymət yanaşmaları müxtəlifidir. Mətbuat qiymətlərin qalxması barədə daha çox həyəcan təbili çalır. İki böyük ticarət mərkəzinə səfərim zamanı qiymətlərin insanları narahat edəcək dərəcədə qalxmadığını müşahifə etdim. Bunu öz gözlərimlə gördüm", - baş nazirin müavini deyib.

Əli Əhmədov bildirib ki, Azərbaycanda ənənəvi olaraq, həmişə bayram qabağı qiymətlər qalxır, amma bu, belə olmamalıdır: "Ticarətçilər bayram qabağı müştərilərinnin çoxaldığını görürlər və bundan istifadə edirlər. Bəlkə də başqa cür olsaydı, daha yaxşı olardı. Amma bu da reallıqdır".

O qeyd edib ki, Azərbaycanda qiymətlərin yüksək olması mətbuatda təsvir edilən qədər deyil: “Hökumət olaraq, vəzifə borcumuz bazardakı qiymətlərin qalxmasına imkan verməməkdir. Hökumət bu barədə fikirləşir. Əgər imkan olsa, bayramqabağı bazarlara yenə də baş çəkərəm".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar