“BUNUNLA BİZ XALQIN BELİNİ QIRIRIQ” – Deputatdan sərt açıqlama

Dərc olunub: 17/03/2017 - 17:08

yevda_swMilli Məclisdə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı millət vəkili Yevda Abramov valyuta alış-satış məzənnəsi arasındakı fərqin böyük olduğundan şikayətlənib.

“APA-Economics”in xəbərinə görə, Y.Abramov maliyyə naziri Samir Şərifov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı və Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmova müraciət edərək bildirib ki, dünyanın heç bir ölkəsində valyutanın alış və satışı arasında bu qədər böyük fərq yoxdur: “Rüfət müəllim, Samir müəllim, Elman müəllim, dünyanın heç bir ölkəsində bu qədər fərq yoxdur. Bununla biz xalqın belini qırırıq. O dəfə də bunu dedim… Bir neçə bankir cəzalandırıldı, Səməd Vurğun bağında bir neçə nəfər tutuldu. Nəticədə nə oldu? Mən bilirəm ki, bu artım və enişə dövlət nəzarət etmir. Oqtay (Milli Məclisin sədri Oqtay Əsədov – red.) müəllim, elə bil ki, bir qrup insan bizə maneə olur. Amma bizim güclü maliyyəçilərimiz var. Bütün bunlara son qoymaq lazımdır! Belə olmazsa, gələcək hesabatımız (Nazirlər Kabinetinin hesabatı – red.) daha da pis olacaq”.


loading...




Fikrinizi bildirin