Ermənistanın müdafiə naziri ölümdən döndü

Seyran Ohanyanın da içində olduğu təyyarə qəza enişi edib

Mayın 25-də Ermənistanın müdafiə naziri Seyran Ohanyanın da içində olduğu Moskva-İrəvan reysi ilə uçan təyyarə “Şeremetyevo” hava limanına qəza enişi edib.

APA-nın “epress.am” saytına istinadən verdiyi məlumata görə, Moskva vaxtı ilə saat 11:23-də Rusiya paytaxtından İrəvana yola düşən “Aeroflot” şirkətinin təyyarəsi uçuşdan 40 dəqiqə sonra geri qayıdıb. Faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi də təsdiq edib.

"İnterfaks" informasiya agentliyinin məlumatına görə, təyyarənin qəza enişinə səbəb baqaj bölməsində tüstülənmə olub. Təyyarədəki 161 sərnişin və 8 heyət üzvündən zərər çəkən olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar