Frankfurtda Avropa-Azərbaycan konfransı keçiriləcək

“May ayının 29-da Frankfurtda Azərbaycanlı tələbələrin təşkilatçılığı ilə Avropa-Azərbaycan münasibətləri mövzusunda Konfrans keciriləcək”. Bu haqda AzPolitika.info-ya açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun mətbuat katibi Ülkər Musazadə bildirib.

Onun sözlərinə görə, konfransda Almaniyanın Yaşıllar Partiyasının Railənd Fals (Rhailand Faltz) torpağının Millət vəkili Rahim Smidt və NATO Əməkdaşlıq İnstitutunun Prezidenti Fərrux Məmmədov məruzəçi qismində çıxış edəcəklər:

“Çıxışda Azərbaycanın təhlükəsizliyi, NATO-ya inteqrasiya, demokratiya, insan haqqları, qlobal dünyada Azərbaycanın yeri və bir neçə gün öncə Avropada baş tutan Avropa Parlament seçkiləri və s mühüm məsələlər müzakirə olunacaq. Bununla yanaşı konfransda digər önəmli məsəllələrə də toxunulacaq. Buraya Azərbaycanda baş verən proseslər də daxildir. Konfransda alman gəncləri ilə yanaşı Almaniyada təhsil alan azərbaycanlı gənclər də iştirak edəcək. Bu həm də, alman gənclərini və cəmiyyətini Azərbaycanla və onun problemləri ilə yaxından tanış etmək üçün fürsət olacaq. Almaniyada yaşayan azərbaycanlı gənclərin bu cür konfrans təşkil etmələrində məqsədləri gələcək güclü Azərbaycanın inkişafi və demokratik proseslərində yaxından istirak etmək və bu məsuliyyəti daşımalı olduqları üçün qürur duymaqdır."

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar