"Nazirin müsahibəsində çox ciddi etiraflar var" - Rauf Arifoğlu

“Bu müsahibə mənim üçün çox ciddi sensasiya xarakterli məlumatdır. Bu müsahibədə çox önəmli etiraflar var." Bunları deyerler.org-a açıqlamasında "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu nəqliyyat naziri Ziya Məmmədovun açıqlamasını dəyərləndirərkən deyib. R.Arifoğlunun fikrincə, nazirin müsahibəsində ciddi etiraflar var.

"Ziya Məmmədov etiraf edib ki, Aynar Məmmədov istintaqa ifadə verib. Bizə məlum olmayan və heç yerdə getməyən bir məsələni də açıqlayıb: İdmançı Aynar Məmmədovun adını yazıb. Mən daxili işlər naziri, istintaq idarəsinin rəisi ilə görüşmüşəm. Bizim əməkdaşımız Fərahim İlqaroğlu onu döyən adamla - Feyruz Termişi ilə üzləşib. O, heç vaxt qeyd etməyib ki, istintaqda Aynar Məmmədovun adını da verib. Ziya Məmmədovda daha dəqiq məlumatlar var. O ifadə verən adam kimdirsə, hər halda F.Termişi deyil. Çünki F.Termişi Aynar Məmmədovun adını yaza bilməzdi,  onunla birbaşa münasibəti yoxdur. Burdan belə aydın olur ki, bu şəxs Tural Bayramovdur. İstintaqda Tural Bayramovdan da ifadə alınıb.

Bu müsahibədən bir məsələ mənim üçün daha da aydınlaşır ki, doğrudan da bu məsələdən nə Ziya Məmmədovun, nə də Elton Məmmədovun xəbəri yoxdur. Biz elə əvvəldən də o cür düşünürdük ki, bu cür nadürüst və axmaq bir hərəkəti ağlı başında olan kimsə həyata keçirə bilməz. Bu gənc Aynar Məmmədovun planıdır və qəzəbidir. Onun haqqında yazan jurnalistə və qəzetə cəza vermək istəyidir.

Videoların montaj olunması məsələsinə gəldikdə isə, burada heç bir montaj yoxdur. Maşının video-qeyd edicisindən götürülən fraqmentdir. Fakt ortadadır.

Burada bir nüans da var. Buna istintaq idarəsi və Daxili İşlar Nazirliyi aydınlıq gətirməlidir. Ziya Məmmədov istintaqın üzərinə kölgə salaraq deyir ki, Aynarın adını təzyiq vasitəsi ilə çəkdiriblər və mənə qarşı kampaniya aparırlar. Bu çox ciddi bir ittihamdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar