«Yaponiya və Cənubi Koreyada nüvə silahı meydana gələ bilər!» - Tillerson

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillerson hesab edir ki, Yaponiya və Cənubi Koreyada nüvə silahının meydana gəlmək imkanları istisna deyil.

«Fox News»-in məlumatına görə, bu, Şimali Koreya tərəfdən artan təhlükələrə dolayısı ilə bir cavab sayıla bilər.

Bu ərəfədə Tillerson Cənubi Koreyaya rəsmi səfərə gəlib. Ölkənin xarici işlər naziri ilə apardığı danışıqlardan sonra, Tillerson bəyan edib ki, gələcək təhlükəsizlik və iqtisadi çiçəklənmə xatirinə, Pxenyan kütləvi qırğın silahı hazırlanmasından imtina etməlidir. Əgər Şimali Koreya özünün cənub qonşusuna hədə-qorxu gəlməkdə davam etsə, Vaşinqton ona qarşı hərbi tədbirlər görə bilər.

Bundan əvvəl, özünün seçki kampaniyası dövründə Tramp qeyd etmişdi ki, Tokio və Seul nüvə silahı əldə etsəydi, pis olmazdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar