"Rusiyadan "S-400" alınması ilə bağlı danışıqlar aparılır" - Türkiyəli nazir

“Bu sistemləri NATO-ya inteqrasiya etməyəcəyik”

Türkiyənin müdafiə naziri Fikri İşıq “S-400” zenit-raket komplekslərinin alınması ilə bağlı Rusiya ilə yekun danışıqlar aparıldığını açıqlayıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, F. İşıq Türkiyənin hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğunu bildirib.

"Türkiyə NATO-ya inteqrasiya edilə biləcək hava hücumundan müdafiə sistemləri almağa üstünlük versə də, belə komplekslərə malik NATO-ya üzv ölkələr çox yüksək qiymət açıqlayıb, bu silahların hazırlanma texnologiyası ilə bağlı Türkiyə ilə məlumatları bölüşmək istəməyib. Sonra Türkiyə başqa ölkələrdən belə silahların alınması ilə bağlı danışıqlar aparanda qiyamət qoparmağa başladılar. Bu, qəbul edilə bilməz. Türkiyənin hava hücumundan müdafiə sistemləri ilə bağı ehtiyacının təmin edilməsi istiqamətində bir çox işlər görülüb. “S-400” məsələsi ilə bağlı yekun danışıqlar aparılır. Müzakirələr müsbət yekunlaşarsa, “S-400” alınması ilə bağlı müqaviləyə imza atılacaq. Ya NATO Türkiyənin bu sahədə ehtiyacını təmin edəcək. Ya da Türkiyəni bu məsələ ilə bağlı tənqid etməyəcək. Biz “S-400” alan zaman bu sistemləri NATO-ya inteqrasiya etməyəcəyik, Türkiyənin milli sistemi olaraq istifadə edəcəyik”.

F. İşıq Türkiyənin milli uzaq mənzilli raket və hava hücumundan müdafiə sistemi yaratması üzərində iş apardığını da açıqlayıb: “Bunun üçün 5-7 illik bir zamana ehtiyacımız var. Bu sahədə gərgin iş aparılır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar