Trampın reytinqi ən aşağı səviyyəyə enib

Dərc olunub: 20/03/2017 - 10:43

1485476176ABŞ prezidenti Donald Trampın ölkə əhalisi tərəfindən dəstəklənmə səviyyəsi iki ay ərzində ən aşağı həddə düşüb.

APA-nın xəbərinə görə, bu barədə “Gallup”ın apardığı sorğunun nəticəsində qeyd olunur.

Martın 18-də keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 37%-i ABŞ prezidentinin fəaliyyətini müsbət, 58%-i isə mənfi qiymətləndirib.

Sorğunun keçirildiyi ilk gündə, yanvarın 22-də Tramp 45% müsbət və 45% mənfi rəy alıb. ABŞ Donald Trampın inaqurasiya mərasimi yanvarın 20-də keçirilib. Qeyd edək ki, “Gallup”-ın gündəlik sorğularında 1 500 nəfər iştirak edir.


loading...

Fikrinizi bildirin