Almaniyada ABŞ əsgərlərinə rus dili öyrədirlər! - Xeyir ola?

nato-us-baltic-russia-2AzPolitika.info xarici KİV-ə istinadla xəbr verir ki, Almaniyanın Kayzerslauterne şəhərində xidmət keçən ABŞ ordusunun ehtiyat qüvvələri «Rus dili» fənninin giriş kursunu öyrənirlər. Treninqləri xarici dillər hərbi institutu aparır. Bu barədə xəbəri institutun rəsmi saytında oxumaq olar.

«Bu, əsasən, yeni başlayanlar üçün sinifdir» - deyə, kursun təlimatçısı İrina Mixaylova izah edib.

Kursun gedişində hərbçilər rus əlifbasını, bu dildə əsas kəlmələri və salamlamaları, hərbi terminləri və «ailə» və «qida» mövzularında sözləri öyrənib yadda saxlamalıdırlar.

«Fərqli hərflərin yadda saxlanması problem idi. Ona görə ki, bəzi hərflər ingilis əlifbasında olduğu kimi görsənir, amma başqa cür tələffüz olunur» - deyə, rus dilini öyrənən hərbçilərdən biri qeyd edib.

Dərslərdən sonra praktiki məşğələlər olacaq - hərbçilər rus kafesinə gedəcəklər və kafe sahibindən müsahibə alacaqlar.

İstər-istəməz, məntiqi sual yaranır: Bunlar nəyə hazırlaşırlar? Bəlkə, Rusiyaya hücum olacaq?!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar