Fövqəladə hallar nazirinin müavini həbs edilib - Rüşvət aldığı üçün

rusvet_8886Belarus fövqəladə hallar nazirinin müavini Dmitriy Bequn rüşvət almaqda şübhəli sayılaraq həbs edilib. APA-nın məlumatına görə, bunu bu gün Belorus prezidenti Aleksandr Lukaşenko bildirib.

A. Lukaşenko deyib ki, qanun qarşısında hamı bərabərdir və general rütbəsində olan D. Bequnu minimum 8 ilə qədər həbs gözləyir. Belarus prezidenti qeyd edib ki, D. Bequn təhlükəsizlik normalarına zidd olaraq tikilmiş obyektin istismara verilməsinə icazə üçün biznesmendən rüşvət almaqda şübhəli sayılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar