İki avtomobil toqquşdu - Xəsarət alan var

Qezada-sinmish-padpres-180912Bu gün Şəmkirdə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.

"VAZ21015” və "VAZ2108” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər, Dəllər qəsəbə sakini, 1984-cü il təvəllüdlü Elməddin Mustafayev müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar