Peruda daşqınlar nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Peruda güclü yağışlar nəticəsində baş verən daşqın qurbanlarının sayı 78 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Fövqəladə Hallarda Fəaliyyət üzrə Milli Mərkəzi məlumat yayıb.

Bundan əvvəl 75 nəfərin öldüyü bildirilirdi.

Mərkəzin məlumatına görə, təbii fəlakət 141 min tikiliyə ziyan vurub, ümumilikdə 643 min insan zərər çəkib. Ölkə paytaxtı Limada 6 nəfər ölüb, 7,1 min ev ziyan çəkib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar