Somalinin paytaxtında partlayış - 50 nəfər ölüb 

SOMALI1474267379Somalinin paytaxtı Moqadişoda törədilən dörd partlayış nəticəsində azı 50 nəfər ölüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlar bir-birinin ardınca prezident sarayı, Milli teatr, Müdafiə nazirliyi və “Daya” HOTELİ qarşısında baş verib.

Hadisə nəticəsində azı 10 nəfər yaralanıb.

Terror aktlarına görə məsuliyyəti “Əş-Şəbab” qruplaşması öz üzərinə götürüb.

“Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin mərkəzi hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar