TRAMP SİLAHLANIR! – “Güclü ordusuz diplomatiya zopasız beysbol kimidir”

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru general Devid Petreus Almaniyanın “Die Zeit” nəşrinə müşahibə verib. “AzPolitika” bu maraqlı müsahibənin tərcüməsini təqdim edir:

- Cənab Petreus, bu yaxnlara qədər Donald Trampın Sizi mütləq öz hökumətinə çağıracağı gözlənilirdi. Bəs, nəyə görə biz sizinlə yeni xarici işlər naziri və ya milli təhlükəsizlik məsələləri üzrə müşavir qismində deyil, özəl şəxs kimi söhbət edirk?

- Ona görə ki, Birləşmiş Ştatlar prezidentinin fikrinə görə, o, bu vəzifələrin öhdəsindən daha yaxşı gələ biləcək adamlar tapıb.

- Prezident Tramp Amerikanın müdafiə büdcəsini 10%, yəni təxminən 54 miyard dollar artıracaq. O, həmçinin NATO-nun hərbi xərclərinin artırılmasına çağırışlar edir. İndi Qərb müttəfiqləri öz ordularına toplam 900 milyard dollar sərf edirlər ki, bu da Rusiya və Çinin birlikdə götürülmüş hərbi xərclərindən üç dəfə çoxdur. Onda nəyə görə daha çox pul lazımdır?

- Çünki bizim bütün araşdırmalarımız göstərib ki, bəzi sahələrdə biz kifayət qədər yaxşı silahlanmamışıq. Biz gələcəkdə də orduların yerdəyişmələrinin sürətlənməsinə sərmayə qoymalıyıq. Amerika yalnız özünün sərhədlərini qorumaqla yetinə bilməz. ABŞ dünya nəhəngidir və Çinin artan təsir imkanlarına baxmayaraq, əvvəlki kimi yeganə hərbi nəhəng olaraq qalır. Ancaq biz artan təhlükələrin öhdəsindən təkbaşına gələ bilmərik. Bu o deməkdir ki, bizim NATO üzrə müttəfiqlərimiz daha çox iş görməli və öz vədlərini yerinə yetirərək, 2024-cü ilə kimi müdafiə xərclərini Ümumi Daxili Məhsulun 2%-ə çatdırmalıdırlar.

- Prezident Tramp əlavə vəsaitləri inkişaf etməkdə olan ölkələr və xarici işlər nazirliyinin xərclərinin azaldılması hesabına əldə etmək istəyir. Çətinliyin öhdəsindən gəlmək əvəzinə atəş açmaq - bu ölümcül formula deyilmi?

- Güclü ordusuz diplomatiya, beysbolda zopasız qalmaq kimi bir şeydir. Bunun əksi də düzdür: Diplomatiyasız güclü ordunun olması yaxşı variant deyil. Bu da topsuz beysbol kimidir. Mülki və hərbi güclər bərabər səviyyədə götürülməlidir. Yaxın Şərqdə 15 il keçirdikdən sonra mən bundan dörd nəticə çıxara bilərəm.

Birincisi - Yerli hökumətin artıq nəzarətdə saxlaya bilməyəcəyi regionlar vardır ki, onlar ekstremistlər tərəfindən işğal ediləcək.

İkincisi - Ekstremistlərin yayıldığı dövlətlər var ki, onlar terroru durdura bilmirlər.

Üçüncüsü - Bir çox hallarda ekstermistlərə qarşı mübarizədə Amerika liderlik etməlidir.

Dördüncüsü - mülki əhalinin köməyi də vacibdir. Belə ki, terrora qarşı döyüşü təkcə silah yardımı ilə qazanmaq olmaz.

- Tramp deyir ki, İŞİD-i yer üzündən siləcək. Bu hədsiz cəsarətli vəd deyilmi?

- Doğrudan da bu olduqca böyük iddiadır. Yeni radikal terror qrupları və həmçinin də virtual xilafət peyda olacaq. İŞİD, Əl-Qaidə və digər ekstremistlər kiber məkandakı mövcudluqlarını davam etdirirlər.

- Donald Tramp deyib ki, Amerika müharibəni yenidən udmaq üçün silahlanmalıdır. O, hansı növbəti müharibəni nəzərdə tutur?

- Burada söhbət növbəti müharibədən getmir. Söhbət ondan gedir ki, məsələn, biz nə vaxt ki, İraqda Amerikan əsgərlərinin sayını artırdıq, bundan sonra gərginliyi azalda bildik.

- Bu artıq hər şeyin sabitləşdiyinimi sübüt edir? Axı, İraqdakı vəziyyət əvvəlkitək kövrəkdir.

- Orada artıq təpələri almaq uğrunda mübarizə getmir. Bu günkü müharibədə söhbət müharibədən sonrakı dövrdə iştirakdan gedir. Məsələn, İraqda indi söhbət sünnü ərəblərin yenidən ölkənin ictimai və siyasi həyatında iştirak etməsindən gedir. Bizim Avropadakı mövqelərimiz də möhkəmdir. Amma indi biz yenidən güclənmış Rusiyanı durdurmaq üçün oradakı ordumuzu daha bir briqada ilə gücləndirmişik.

- Bu hələ Obamanın prezidentliyi zamanı baş verib. Onun xələfi Tramp Rusiyanı lazımı qədər dəyərləndirmir?

- Onun administrasiyasında oturan nazirlər aydın şəkildə nəinki Rusiya təhlükəsini, eyni zamanda onunla əməkdaşlıq perspektivlərini də görürlər. Hətta soyuq müharibə dövründə də biz bir-birimizlə ünsiyyət qurmuşduq və silahsızlaşma ilə bağlı bir neçə müqavilə də bağlamışdıq. Hələlik, biz Putinə və onun məqsədlərinə qarşı müəyyən realist baxışları saxlayırıq. Biz onunla strateji dialoqdan qorxmamalıyıq.

- Tramp ilk əvvəl İrana qarşı təhdidlər yağdırır. Növbəti müharibənin orada olması mümkündürmü?

- Mən kiminsə İranla müharibə etmək istədiyini düşünmürəm. Amma biz müttəfiqlər koalisiyası olaraq, iranlıların ziyanlı hərkətlərinə qarşı birlikdə çıxmalıyıq.

- Beləlkilə, İran, hələki ən böyük təhlükə deyil?

- İran regiondakı bir çox təhlükələrdən biridir. Əl-Qaidə və İŞİD də həmçinin - təhlükədirlər. Və əlbəttə ki, Suriya rəhbəri Bəşər Əsəd. Suriyadakı vətəndaş müharibəsi, ekstremizm, zorakılıq qaçqınlar dalğası yaradıb.

– Bir general kimi Siz NATO və TransAtlantik alyansında yüksəlmisiniz. Prezident Tramp deyib ki, ABŞ öz müttəfiqləri tərəfindən istifadə edilib və ona görə də onun devizi ”İlk öncə Amerika”-dır. Qərb dəyərlər sistemi köhnəlibmi?

-İkinci Dünya Müharibəsindən sonrakı beynəlxalq nizam qaydaları ümumi normalara, dəyərlərə, prinsiplərə və müvafiq institutlara söykənib. Azadlıq, demokratiya və sərbəst ticarət də çox mühümdür. Bu qaydaları bütün ölkələrlə yanaşı Amerika da dəstəkləyir. Həmçinin, İkinci Dünya Müharibəsindən sonra “Marşal planı” çərçivəsində Almaniya və Avropaya milyardlarla yardım edildi və bu təkcə Amerikan səxavətindən deyil, həm də ABŞ-ın maraqlarından da irəli gəlirdi. Biz heç zaman yaddan çıxarmamalıyıq ki, müharibədən sonrakı qaydalar iki dəhşətli dünya müharibəsinə və dünya iqtisadi böhranına verilən bir cvabdır. O ki qaldı “İlk öncə Amerika” şüarına, bütün dövlət liderləri öz milli maraqlarının prioritetinə üstünlük verirlər. Amma bu müttəfiqlərin itirilməsi kimi başa düşülməməlidir.

- Beləliklə güclü Avropa Birliyi Amerikanın marağındadır? Prezident Tramp “Brexit”ə rəgbətlə yanaşır...

- Birmənalı şəkildə deyə bilərəm ki, güclü Avropa Birliyinin saxlanılması Amerikanın marağındadır. Mən Avropa Birliyindəki bütün problemləri bilmirəm, amma bu təşkilat mürəkkəbliklərin öhdəsindən həmişə gəlməyi bacarıb. Birləşmiş Avropa dünyada böyük qüdrət qazandı. Mən “Brexit”in Böyük Britaniyaya, Amerikaya və Avropa Birliyinə fayda gətirəcəyini düşünmürəm.

- Trampın müdafiə naziri, onun milli təhlükəsizlik naziri və milli təhlükəsizlik üzrə müşaviri generaldırlar. Hökumətdə hədsiz çox hərbçi yoxdurmu?

- Məhz bu üç nəfər hökumət qərarlarının tarazılıq təşkil etməsini və vahid yanaşmanın vacibliyini xüsusilə yaxşı bilirlər.

- Beləliklə hərbçilər hökumətdəki ideoloqlara qarşı tarazılıq saxlayırlar?

- Ağ Evdə daima ideoloqlar var. Bu üç general çox düşüncəlidirlər. Müdafiə naziri Ceyms Mattis xəbərdarlıqla bildirib ki, əgər kimsə inkişaf etməkdə olan ölkələrə və diplomatiyaya kifayət qədər pul ayırmağa hazır deyilsə, onda o daha çox döyüş sursatları almış olacaq. Həmçinin, milli təhlükəsizlik məsələləri üzrə müşavir Herbert Makmaster çox mötədil və prinsipial adamdır. Təhlükəsizlik naziri Con Kelli müharibə qurbanın nə demək olduğunu öz şəxsi faciəsindən bilir. Onun oğlu döyüşdə həlak olub.

Çevirdi: Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar