“ExxonMobil” İtaliyadakı 1000-dən çox yanacaqdoldurma stansiyasını satır

ABŞ-ın “ExxonMobil” şirkəti İtaliyada sahib olduğu 2500 yanacaqdoldurma stansiyasından 1000-dən çoxunu satmaq niyyətindədir.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, "ExxonMobil" törəmə şirkəti “Esso” vasitəsilə yanacaqdoldurma stansiyalarını 500 mln. avroya satmaq istəyir.

Məlumata görə, şirkətin İtaliyadakı yanacaqdoldurma stansiyalarının sayını azaltmaq qərarı bu ölkədə yanacaqdoldurma stansiyalarının sayının həddindən artıq çox olması ilə əlaqədardır.

Qeyd edək ki, hazırda İtaliyada 21 minə qədər yanacaqdoldurma stansiyası və kompleksi fəaliyyət göstərir. Bu isə Fransadakından 2 dəfə, Böyük Britaniyadakından 3 dəfə çoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar