Al-qırmızı rəngdə iPhone 7 satışda

Apple şirkəti al-qırmızı rəngdə iPhone 7, 7 Plus, yeni video proqram və iPad-ı satışa buraxıb. Yeni iPad-ın satışları martın 24-də başlayacaq.

Şirkət bununla QİÇS-lə mübarizə çərçivəsində RED proqramı ilə əməkdaşlığının 10 illiyini qeyd edir.

Xüsusi seriya ilə buraxılan bu smartfonların satışından əldə olunan gəlir QİÇS-lə mübarizə aparan Qlobal Fonda təqdim ediləcək.

Təqdim olunan vəsait xüsusulə İİM virusunun yayılmasının qarşısını almaq istiqamətində aparılan tədqiqatlara və proqramlara sərf olunacaq.

Artıq 10 ildir ki biz RED layihəsi və onun İİM və QİÇS-lə mübarizə proqramlarını dəstəkləyirik. Bu proqramlar çərçivəsində müayinələr aparılır və məsləhətlər verilir, həmçinin hamiləlik zamanı körpənin virusa yoluxmasının qarşısını alan dərmanlar paylanır”, – şirkətin mətbuat buraxılışında bildirilir.

Məlumata görə, iOS üçün yeni video proqram və 9,7 düym ölçülü displeylə təchiz olunan iPad buraxılacaq.

QİÇS-lə mübarizə aparan RED layihəsi U2 Bono qrupunun solisti tərəfindən yaradılıb. Şirkətin məlumatına görə, RED məhsullarının satılması nəticəsində 130 milyon dollar xeyriyyə vəsaiti toplanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar