Quba-Xaçmaz yolunda avtomobil qəzası baş verib - FOTO

Quba-Xaçmaz yolunda avtomobil qəzası baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, Quba-Xaçmaz yolunun 11-ci kilometrliyində "VAZ-21099" markalı, "17-BC-902" dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü, 1996-cı il təvəllüdlü Əliyev Elmar Çingiz oğlu idarəetməni itirərək yoldan kənara çıxıb.

Nəticədə sürücü ağır xəsarətlər alıb, avtomobil isə yararsız hala düşüb.

Xaçmaz MRX-nın Travmatologiya şöbəsindən verilən məlumata görə, xəstəyə qarının əzilməsi, sol dirsək oynağının qəlpəli yerini dəyişmiş sınığı, son bazunun orta 1/3-nin yerini dəyişmiş qapalı sınığı, sol qasıq oturaq sümüyünün yerini dəyişmiş qapalı sınığı diaqnozu qoyulub. Xəstənin vəziyyəti ağır olduğundan paytaxtdakı müalicə müəssisələrindən birinə yola salınacağı bildirilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar