Londonda terror aktı nəticəsində 4 nəfər ölüb - VİDEO(Yenilənib)

Britaniya parlamenti yaxınlığında baş verən insident nəticəsində 4 nəfər ölüb, azı 20 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.

"Dörd nəfər ölüb. Onların arasında parlamenti mühafizə edən polis zabiti və bizim hücumu törətməkdə şübhəli bildiyimiz və polis tərəfindən güllələnən şəxs də var", — deyə polis zabiti Mark Rouli bildirib.

***

Böyük Britaniya parlamentinin önündə atışma olub.

Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 12 nəfər yaralanıb.

Faktla bağlı araşdırılma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar