Bərdədə ağır yol qəzası baş verib - 3 nəfər ölüb

Bərdədə baş verən yol qəzası nəticəsində ölən və yaralananların adları məlum olub.

"Report"un Qarabağ bürosu xəbər verir ki, qəza nəticəsində Bərdə sakinləri – 20 yaşlı Kərimov Təbriz Nadir oğlu, 18 yaşlı Abdullayev Rahib Knyaz oğlu və 19 yaşlı Yəhyayev Orxan Rəhbər oğlu ölüb. Onların hamısı "VAZ-2106" markalı minik avtomobilində olublar.

Qəza zamanı "Mercedes ML"də olan Ağdam sakinləri - 1973-cü il təvəllüdlü sürücü Behbud Rəhimov, onun 1981-ci il təvəllüdlü həyat yoldaşı Gülnar Rəhimov və onların 2004-cü il təvəllüdlü övladı Fərid Rəhimov yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar