“Nazirlik vəzifəsinə məni xanımım razı saldı” - Tillerson

ABŞ Xarici işlər naziri Rex Tillerson nazirlik vəzifəsini ilk başda qəbul etmək istəmədiyini, lakin daha sonra həyat yoldaşının onu razı saldığını deyib.

ABŞ prezidenti Donald Trampın kabinetindəki ən əhəmiyyətli kresloya oturan “ExxonMobil”in keçmiş rəhbəri Rex Tillerson, Xarici İşlər Naziri vəzifəsi təklifini çaşqınlıqla qarşıladığını və “bu işi istəmirdim, əslində iş də aramırdım” deyib.

Tillerson təqaüdə hazırlaşdığını, nəvələriylə vaxt keçirməyi nəzərdə tutduğunu və nazirlik təklifi gəlincə də həyat yoldaşının israrı nəticəsində buna razılaşdığını bildirib.

O, ABŞ Prezident seçkilərindən öncə Trampla heç qarşılaşmadığını söyləyib. Tillerson ilk görüşdə Trumpın təcrübələrindən bəhrələnmək istədiyini düşündüyü halda, ona nazirlik təklif etməsindən çaşıb qaldığını etiraf edib. Tillerson “həyat yoldaşım məni razı saldı, haqlı idi, bunu etmək lazımdır” deyib.(azadliq.info)

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar