Tramp haqlı çıxdı - Telefonları dinlənirmiş

ABŞ Nümayəndələr Məclisi Kəşfiyyat Komitəsinin sədri, respublikaçı Devin Nunes 8 noyabr 2016-cı ildə prezident seçildikdən sonrakı müddətdə Donald Tramp və ona yaxın bəzi şəxslərin danışıqlarının dinlənildiyini açıqladı.

Tramp və ona yaxın qrupun bəzi danışıqlarının kəşfiyyat bölmələri tərəfindən dinlənilməsini göstərən hesabatları oxuyunca, dərhal Ağ Evə gedən Nunes bir müddətdir dinlənildiyini iddia edən Tramp ilə görüşdü.

Dinləmələrin xarici ünsürlərin qanuni olaraq dinlənilməsi qaydası daxilində edildiyini və əsl hədəfin Tramp olmadığını söyləyən Nunes, o günlərdə seçilmiş ABŞ prezidenti Tramp ilə yaxın qrupunun “təsadüfən dinləmələrə qarışdığını” bildirdi.

Nunes ilə görüşündən sonra mətbuat mənsublarının qarşısına keçən Tramp, “özünüzü azad olmuş hiss edirsinizmi” sualına “bir şəkildə bəli” deyib. O, dinləmə iddialarında haqlı olduğunu bir daha vurğulayıb.(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar