Xarkovda sursat anbarında diversiya! - 15 min nəfər təxliyyə olunub

AzPolitika.info Ukrayna KİV-ə istinadla xəbər verir ki, Xarkov yaxınlığındakı bir sursat anbarında güclü yanğın baş verib. Təhlükəsizlik mülahizələrindən dolayı ətrafdakı yaşayış məntəqələrindən 15 min nəfərdən artıq sakin təxliyyə olunub.

Ukrayna fövqəladə hallar üzrə dövlət xidmətindən (UDFHX) bildiriblər ki, əhalisi köçürülən yaşayış məntəqələri daha yüksək risk altında olub və patlayan döyüş sursatları onlara zərbə vura bilərdi.

«Bakaleya dəmiryol stansiyası istiqamətində sərnişin nəqliyyatının hərəkəti dayandırılıb və hərəkət ehtiyat sxemə keçirilib» - deyə, UDFHX-dən bildiriblər.

Anbarda yanğın səhər saatlarında (təxminən, saat 04;00 radələrində) başlayıb. Ukrayna hərbi prokuroru Anatoli Matiosun vesiyasına görə, yanğına səbəb diversiya olub. Ölən və zərərçəkənlər barədə hələlik məlumat verilməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar