İsveçdə Rusiya ilə müharibəyə hazırlıq görülür! 

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya ilə müharibə ehtimalından dolayı İsveçdə yeraltı sığınacaqlar yoxlanır.

İsveçin mülki-müdafiə Agentliyi (İMA) Baltik dənizindəki Hotland adasında 350 yeraltı sığınacağın cari vəziyyətinin yoxlanmasını həyata keçirmək niyyətindədir. Burada krallığın daimi hərbi hissələri yerləşir («NEWSru»).

Qeyd olunur ki, bu tədbir qonşu Baltik ölkələrinin narahatlığı ilə bağlıdır. Onlar Rusiyanın aqressiv davranışını önə çəkərək, hətta nüvə müharibəsini də istisna etmirlər.

İsveç mülki-müdafiə agentliyinin başçısı Mats Berqlund «Sveriges Radio» radiosuna bəyan edib ki, yoxlamalar il ərzində davam edəcək.

Yeraltı sığınacaqlar nüvə partlayışları zamanı uşaqları zərbə dalğasından, radiasiyadan, kimyəvi və bakterioloji silahlardan qorumaq üçündür. Onlara təxminən, 35 min nəfəri yerləşdirmək mümkündür.

Sığınacaqların əksəriyyəti Visbyü, Slite şəhərlərində və Forezund kəndində yerləşir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar