MDB XİN Şurasının növbəti iclası Daşkənddə keçiriləcək

MDB Xarici İşlər Nazirləri (XİN) Şurasının növbəti iclası aprelin 7-də Daşkənddə keçiriləcək.

Trend təşkilatın İcraiyyə Komitəsinə istinadən bildirir ki, iclasda MDB ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri Birlik formatında hərtərəfli qarşılıqlı fəaliyyət məsələlərini, MDB məkanında əməkdaşlığın möhkəmləndirilməsi üzrə praktiki tədbirləri və təşkilatın regional və beynəlxalq rolunun artırılmasını müzakirə edəcəklər.

XİN rəhbərləri, həmçinin mütəşəkkil cinayətkarlıqla mübarizənin əlaqələndirilməsi və MDB-nin xarici sərhədlərində böhran vəziyyətlərinin nizamlanması məsələlərinə baxacaqlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar