"Almaniya yığması hər zaman favoritdir" - Robert Prosineçki

prosinecki"Almaniya yığması hər zaman favoritdir".

"Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Bundestim ilə martın 26-da keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçı barədə danışarkən "Kicker" nəşrinə açıqlamasında deyib.

Almaniya yığması ilə matçı xarakterizə edən 48 yaşlı xorvatiyalı mütəxəssis, komanda olaraq mübarizə aparacaqlarını söyləyib. O, görüşün yerli azarkeşlər üçün bir tamaşa olacağını qeyd edib: "Biz yalnız əlimizdən gələni etməyəcə çalışacağıq. Almaniyaya uduzmasaq, bu, partlayışa səbəb olacaq. Əksər azarkeşlər bizim Rusiyada keçiriləcək mundiala vəsiqə qazanacağımızı düşünürlər. Lakin biz buna hazır deyilik".

Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da başlanacaq. Dörd turdan sonra "C" qrupuna 12 xala malik Almaniya başçılıq edir. Şimali İrlandiya və Azərbaycan hərəyə 7 xalla 2-3-cü yerləri bölüşdürür. Çexiya 5 xalla 4-cü, Norveç 3 xalla 5-ci pillədədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar