Rusiya "Avroviziya" müsabiqəsini yayımlamayacaq

Rusiyanın Birinci kanali və ÜDTRŞ "Avroviziya" beynəlxalq musiqi müsabiqəsini yayımlamaqdan imtina edib.

"Report"un "Vesti"yə istinadən verdiyi xəbərə görə, qərar Ukrayna hakimiyyətinin bu ölkədə RF-ni "Avroviziya" 2017-ci ildə müsabiqədə təmsil edəcək Yuliya Samoylovanın ölkəyə daxil olmasına qoyduğu qadağadan sonra verilib.

Müğənni isə vəziyyəti bu cür izah edib: "Baş verənləri kənardan müşahidə edəndə gülməli görünür. Mən anlamıram, onlar məndə, kiçicik bir qızda hansısa bir təhkükə görüblər. Ümumən, mən dilxor olmuram. Nəyə görəsə düşünürəm ki, hər şey hələ dəyişəcək".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar