Şəmkir - Gədəbəy yolunda avtomobil qəzası baş verib

Şəmkir-Gədəbəy avtomobil yolunda iki avtomobil toqquşub, yaralılar var.

"Report"un Qərb bürosunun məlumatına görə, bu gün saat 13 radələrində Şəmkir-Gədəbəy avtomobil yolunda "VAZ-2107" markalı avtomobilə "Opel" markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü və "Opel" markalı avtomobildə olan bir sərnişin müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb. Onlardan "VAZ-2107" nin sürücüsünün vəziyyəti normal, digərləri isə orta-ağırdır.

İlkin ehtimala görə hadisəyə "Opel" markalı avtomobil dönmə əməliyyatı edərkən "VAZ"ın anidən onun yoluna çıxması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar