"Londonda terror aktını britaniyalı törədib" - Tereza Mey

Londonda baş verən terror akt britaniyalı tərəfindən törədilib.

APA-nın “İndependent”ə istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey parlamentdə çıxışı zamanı məlumat verib.

O bildirib ki, terrorçu tək olub.

Xatırladaq ki, ötən gün naməlum şəxs Vestminster körpüsündə bir neçə nəfəri avtomobillə vurub və sonra parlament binasına yaxınlaşaraq polis əməkdaşını bıçaqlayıb. O, digər polislər tərəfindən zərərsizləşdirilib. Hadisə nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar