Ağcabədidə 26 yaşlı gənc bıçaqlanıb

BicaqAğcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb. Rayon sakini 26 yaşlı Şirin Həsənov həmyerlisi tərəfindən bıçaqlanıb. İki bıçaq yarası alan 26 yaşlı gənc ilk olaraq Ağdam rayon, daha sonra Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Həkimlər yaralının vəziyyətini orta ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar