Voronenkovun qətlində Rusiya izinin olması ilə bağlı deyilənlər absurddur - Kreml

”Dövlət Dumasının eks-deputatı Denis Voronenkovun qətlində Rusiya izinin olması ilə bağlı bəyanat absurddur”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

”Hesab edirik ki, bu qətldə Rusiya izinin olması ilə bağlı deyilənlər absurddur. Baş verənlər göstərir ki, Ukrayna tərəfi Voronenkovun təhlükəsizliyini təmin edə bilməyib. Ümid edirik ki, qatil və qətlin arxasında dayananlar tapılacaq", - deyə D. Peskov qeyd edib.

Kremlin sözçüsü məlum qətllə bağlı prezident Vladimir Putinin məlumatlandırıldığını da söyləyib: "İnsan qətli hər zaman faciədir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar