Rusiya neftin 40 dollara düşəcəyini proqnozlaşdırır

neftRusiyanın Maliyyə Nazirliyi neft qiymətlərində baş verəcək növbəti azalmaya hazırlıqlı olduqlarını açıqlayıb.

“Marja” xəbər verir ki, bunu paytaxt Moskvada keçirilən Federasiya Şurasının iclasında Maliyyə Nazirliyinin Gəlir İdarəsinin direktoru Elena Lebedinskaya deyib.

Bu ilin əvvəlindən etibarən bareli 54 dollar səviyyəsinə qədər çıxan neft qiymətlərinin yenidən 50 dollardan aşağı düşdüyünü qeyd edən Lebedinskaya, “Neft qiymətlərinin orta müddətdə 40 dollar səviyyəsinə qədər düşəcəyini proqnozlaşdırırıq” – deyib.

Rusiyanın ən böyük neft şirkəti “Rosneft” tərəfindən bir müddət əvvəl edilən yazılı açıqlamada, OPEC ilə digər ölkələrin neft hasilatının azaldılmasına dair müqavilənin uzadılmaması halında, neft qiymətlərində əhəmiyyətli dərəcədə azalma baş verə biləcəyi qeyd edilmişdi.

Neft qiymətləri 2016-cı ilin Noyabr ayından bəri ilk dəfə dünən 50 dollardan aşağı düşmüşdü.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar