Mosulda dağıdılmış binaların altından 80-dən çox dinc sakinin cəsədi çıxarılıb

bina-partlayishİraqın təhlükəsizlik qüvvələri Mosulun İŞİD-dən azad edilmiş qərb məhəlləsində bombardmanlar nəticəsində dağıdılmış binaların altından 80-dən çox dinc sakinin cəsədini çıxarıblar.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyinə İraq ordusunun nümayəndəsi, polkovnik-leytenant Məhəmməd Abdullah bildirib.

Onun sözlərinə görə, dinc sakinlərin cəsədləri Lekeş və Bab Cedid rayonlarında dağıntılar altından çıxarılıb. Həlak olanların çoxu qadınlar və uşaqlardır.

Ordu nümayəndəsi həmçinin bildirib ki, bəzi meyitlər dağıntılar altında 20 gündən çox qalıb. Bu səbəbdən onların şəxsiyyətini müəyyənləşdirmək mümkün deyil.

Cəsədlər Əbu Həsən qəbiristanlığındakı qardaşlıq məzarlığında dəfn edilib. "Mosulun azad olunmuş məhəllələrində axtarış işləri davam edir"- deyə Abdullah qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar