Türkiyə Şimali Koreyanın ölkədəki bütün aktivlərini dondurdu

Şimali Koreyanın Türkiyədəki bütün əmlakına həbs qoyulub. APA-nın türk mətbuatına istinadən məlumatına görə, qərar Türkiyə Nazirlər Kabinetinin toplantısında verilib.

Qərara görə, Şimali Koreyanın BMT tərəfindən müəyyənləşdirilən şəxs və qurumlarının əmlakları və bank hesabları dərhal dondurulur.

Buna səbəb Pxenyanın nüvə başlıqlı raket sınaqlarını dayandırmaması, qonşu ölkələri təhdid etməsidir. Bundan əlavə BMT "qara siyahısı"nda olan Şimali Koreyanın rəsmi şəxslərinin və ailə üzvlərinin Türkiyəyə girişinə də qadağa qoyulacaq.

Həmçinin, Şimali Koreyadan Türkiyəyə mis, sink, gümüş və nikel ixracına da son verilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar