Fransanın hərbi təyyarəsi Rusiya sərhədində! - Operativ kəşfiyyat aparıb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Fransa hərbi-hava qüvvələrinə (HHQ) məxsus E-3F AWACS uzaq radiolokasion aşkarlama və idarəetmə təyyarəsi son bir ayda ilk dəfə olaraq Baltik dənizinin cənubunda, Rusiya sərhədi boyunca kəşfiyyat uçuşu həyata keçirib. Xəbəri hərbi aviasiyanın hərəkətini izləyən qərb saytları yayıb.

Onların məlumatına görə, bort nömrəsi 202 və çağırış kodu FAF902 olan AWACS təyyarəsi Polşa istiqamətindən Kalininqrad vilayətinə doğru uçuş həyata keçirib. Təyyarə uzun müddət Rusiya ərazisini müşahidə edib və Polşa və Litvanın hava məkanında Rusiya sərhədi boyunca uçub. Litva üzərindəykən, o, bir an Kalinin

qrad vilayəti sərhədinin 30 kilometrliyinə qədər yaxınlaşıb.

Əldə olan məlumata görə, fevralın 24-dən sonrakı dövrdə bu, Fransa təyyarəsinin Rusiya sərhədləri yaxınlığında ilk uçuşudur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar