Nyu-Yorkda iki sərnişin qatarı toqquşub

Nyu-Yorkda sərnişin qatarı relsdən çıxaraq Pensilvaniya vağzalına daxil olan digər qatarla toqquşub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində bir neçə nəfər yüngül xəsarət alıb.

Qatarların birində 1000-ə yaxın, digərində 200-dək sərnişin olub.

Hazırda qəzanın səbəbləri araşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar