İmişlidə minik avtomobili aşıb, sürücü yaralanıb

Qezada-sinmish-padpres-180912İmişlidə 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbəb verir ki, hadisə bu gün axşam saatlarında rayonun Bəcirəvan kəndi ərazisində qeydə alınıb.

Rayon sakini, 37 yaşlı Eldəniz Famil oğlu Hüseynov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar