"Dollara etimadın azalması dünya maliyyə sistemini təhlükə altında qoyur"

"Dünyada dollara etimad azalmaqda davam edir və mövcud dünya maliyyə sistemini təhlükə altında qoyur". Modern.az xarici KİV-ə istinadən bildirir ki, bunu Boaoda Asiya iqtisadi forumunda Sinqapur Milli universitetinin Asiyanı öyrənmə və qloballaşma mərkəzinin direktoru Xuan Tszin bəyan edib. Xuan Tszin bildirib ki, dollara etimadın azalması qlobal maliyyə sisteminin sabitləşməsinə köklü surətdə təsiri gözlənilir. "Bizim müşahidə etmək imkanımız olan vəziyyət - bu başqa bir şey deyil, bazarlarda dollara etimad böhranıdır.Təhlükəli tendensiya 2008-ci ildə, dünyadakı maliyyə böhranı zamanı yaranıb".

Xuan Tszin qeyd edib ki, Donald Tramp administrasiyası ilə də böhranlı vəziyyət hələ də axıra qədər nizamlanmayıb, bu isə faciəli nəticələnə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar