"Münaqişələrin həll olunmaması cəzasızlıq ruhu yaradır" - GUAM baş katibi

"GUAM-a üzv dövlətlərin ərazilərində münaqişələrin həll olunmaması cəzasızlıq ruhu yaradır".

"Report"un Ukrayna bürosunun verdiyi məlumata görə, bunu GUAM-ın baş katibi Altay Əfəndiyev Kiyevdə təşkilata daxil ölkələrin hökumət başçılarının iclasında deyib.

"İştirakçı ölkələrin ərazisində silahlı münaqişələrə diqqət etmək lazımdır. Cəzasızlıq ruhunun yaranmaması üçün münaqişələrə reaksiya verib, onları həll etmək zəruridir", - deyə A.Əfəndiyev bildirib.

Onun sözlərinə görə, GUAM öz əhəmiyyətini təşkilata daxil ölkələrdə və bütövlükdə regionda müxtəlif - siyasi, iqtisadi, ticari sahələrin inkişaf etdirilməsində göstərib.

Baş katib, həmçinin iştirakçı ölkələrin ərazisində ticarətin inkişafı üçün bugünkü sənədlərin imzalanmasının vacibliyini vurğulayıb. "Bu iqtisadi əməkdaşlığın inkişafı üçün əmin addımdır", - A.Əfəndiyev vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar