Mənzil bazarında tənəzzül - İstismara verilmə həcmi kəskin azalıb

2017-ci ilin yanvar-fevral aylarında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 209,1 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 22,4% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bununla belə, fevralda Azərbaycanda 101,5 min kvadratmetr yaşayış sahəsi istismara verilib.

Statistik məlumatlara əsasən, cari ilin yanvar-fevral ayları ərzində mənzil tikintisinə investisiyalar 56,1 mln. manat təşkil edib (azalma 46,2%).

Xəbər verildiyi kimi, 2016-cı ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 677,1 min kvadratmetr təşkil edib, bu isə 2015-ci ilin göstəricisindən 13,2% azdır.  /“İnterfaks-Azərbaycan”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar