Müştərinin döyülərək öldürüldüyü klubun adı açıqlandı - FOTO (YENİLƏNİB)

"Report"un əldə etdiyi məlumata görə, müştərinin döyülməsi hadisəsi Nəsimi rayonu, Bül-Bül prospekti 39 F ünvanında yerləşən "DoReMi" gecə klubunda qeydə alınıb.

Hazırda gecə klubu fəaliyyətini dayandırıb. Belə ki, klub hadisə ilə bağlı 1 həftə sifariş qəbul etməyəcək.

* * *

Bakıda gecə klubunda qətl törədilib.

APA-nın məlumatına görə, martın 25-də Xırdalan şəhərinin "Quşçuluq" yaşayış sahəsində yaşayan Rahil Məlikovun evində həmyerlisi, dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Araşdırmalar zamanı T.Məmmədovun paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klublardan birində oranın inzibatçısı - Bakı şəhər sakini Fərhad Musayevlə aralarında baş verən münaqişə zəminində sonuncu tərəfindən yumruqla vurulduğu və yıxılması nəticəsində başından xəsarət alması, sonra dostu ilə birgə onun evinə gələrək orada öldüyü müəyyən edilib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Musayev tutulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar