Ohanyan həbsini istisna etmir

seyran-ohanyan-serj-sargsyan"Biz Ermənistanda yaşayırıq və burada heç nəyi istisna etmək olmaz".

APA-nın "news.am”a istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanın keçmiş müdafiə naziri, “Ohanyan-Raffi-Oskanyan” blokunun lideri Seyran Ohanyan həbs oluna biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. O bildirib ki, təbliğat kampaniyası zamanı bu kimi məişət mövzularına və intriqalara diqqət ayırmağa zaman yoxdur: “Bildiyiniz kimi, mən siyasətdə yeniyəm. Lakin vəziyyətə tez uyğunlaşdım və savadlı insanları ətrafıma topladım. Düşünürəm ki, bunların hamısı dezinformasiyadır. Mən bütün Ermənistanı gəzirəm, siyasi proseslərin mərkəzində oluram. Əgər belə bir şey olsaydı, hüquq-mühafizə orqanlarından kimsə bir dəfə də olsa bu məsələyə toxunardı. Lakin biz Ermənistanda yaşayırıq, burada heç nə istisna deyil”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar