“Bloomberg”də dollar 4 ayın minimumuna endi – SON DƏQİQƏ

“Bloomberg” terminalında dollar yeni iş həftəsinə bahalaşma ilə başlasa da, gün ərzində 4 ayın minimumuna qədər düşüb. Fins.az xəbər verir ki, terminal üzərində banklar arasında dolların son ticarəti 1.6955 manatla aparılıb. Bu isə dolların manat qarşısında 0,56 % ucuzlaşması deməkdir.

Qeyd edək ki, sonuncu dəfə noyabr ayının 7-də  banklar arasında dolların məzənnəsi 1.6985 manat olub.

Xatırladaq ki, Azərbaycan bankları valyuta birjası kimi “Bloomberg” terminalından istifadə edirlər. “Bloomberg” banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir.

 Qeyd edək ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış/satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar