Аğciyər Xəstəlikləri İnstitutuna yeni direktor təyin olundu

Vəli Axundov adına Elmi Tədqiqat Аğ Ciyər Xəstəlikləri İnstitutuna yeni direktor təyin olunub.

Bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifənin icrası Həqiqət Qədirovaya tapşırılıb.

İnstitutun əvvəlki direktoru Elcan Məmmədbəyov yaşla əlaqəli öz ərizəsi ilə işdən çıxıb.

Xatırladaq ki, professor H.Qədirova həm də nazirliyin Elmi Tibbi Şurasının, eləcə də B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın üzvüdür.  /"Trend"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar