Rusiyanın yeni raketi bir zərbə ilə aviadaşıyıcını məhv edəcək! 

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya hipersəs sürətli qanadlı yeni raketlərin istehsalına başlayacaq. Raketin sürəti saatda 7,4 min kilometr təşkil edəcək.

«Daily Mail» nəşrinin məlumatına görə, «Siklon» adlanacaq bu raketlər bir zərbə ilə Böyük Britaniya hərbi-dəniz qüvvələrinin ən yeni aviadaşıyıcısını məhv edə biləcək.

Bundan əvvəl məlum olub ki, hipersəs sürətli raketlərin istehsalına artıq 2018-ci ildə başlanacaq. Rusiya donanmasının başlıca zərbə gücü olacaq «Siklon»nun işlənib-hazırlanması ilə «Maşinostroeyenie» elm-istehsalat birliyi (EİB) Reutovada hələ 2011-ci ildən məşğuldur.

Gözlənildiyi kimi, raket 2,5 dəqiqə ərzində 250 kilometr məsafə qət edəcək. İndiki halda dünyada bu sürətlə uçan raketləri «tutmaq» qabiliyyətinə malik raket əleyhinə müdafiə (RƏM) sistemi mövcud deyil.

Hazırda Britaniya donanması saatda 3,7 min kilometrə qədər sürətlə uçan mərmiləri vurmaq üçün raket əleyhinə müdafiə vasitələrinə malikdir. Odur ki, bu sistemlər Rusiya silahı qarşısında gərəksiz vəziyyətə düşəcək və deməli, Britaniyanın aviadaşıyıcı zərbə birləşmələri yaratması mənasız hala gələcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar