Rusiya müxalifətinin liderinə 15 sutka həbs verdilər

Moskva şəhərinin Tver Məhkəməsi Korrupsiya ilə Mübarizə Fondunun yaradıcısı, müxalifətçi Aleksey Navalnı haqqında 15 sutkalıq inzibati həbs qərarı çıxarıb.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, A. Navalnı martın 26-da Moskvada keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılarkən müqavimət göstərməkdə ittiham olunub. Bu qərardan əvvəl isə müxalifətçi 20 min rubl məbləğində cərimələnib.

Xatırladaq ki, martın 26-da Moskva və Sankt-Peterburq da daxil olmaqla, Rusiyanın 24 şəhərində hökumət əleyhinə etiraz aksiyaları keçirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar