MİLLƏT VƏKİLİNİN QIZININ EVİNƏ BASQIN - Kulli miqdarda qızıl və...

Milli Məclisinin deputatı Tahir Süleymanovun qızının evində oğurluq hadisəsi olub. Avropa.info-nun əldə etdiyi məlumata görə, naməlum şəxslər deputat Tahir Süleymanovun qızının Şabran şəhərində yerləşən evini qarət ediblər.

Oğruların evdən külli miqdarda qızıl və müxtəlif növ zinət əşyaları apardığı bildirilir. Məsələ ilə bağlı Tahir Süleymanovdan münasibət öyrənmək üçün ona dəfələrlə zəng olunsa da telefonun dəstəyini qaldıran olmayıb.

Qeyd edək ki, Tahir Süleymanovun bir qız övladı var və o, Şabran xəstəxanasında həkim işləyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar