«İraq yaxın həftələrdə «İŞİD»-dən azad olacaq» - Baş nazir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İraqın Baş naziri Haydar əl-Əbadi «Fox News» telekanalına verdiyi müsahibədə bəyan edib ki, ölkəsi yaxın həftələrdə «İslam dövləti» (İD) qruplaşmasından azad olunacaq və bu qruplaşmanın məğlubiyyəti əvvəlcədən həll olunmuş məsələdir.

«Biz, tezliklə İQ-ni bitirəcəyik… növbəti bir neçə həftədə. İraq hərbi nöqteyi-nəzərdən İD-ə qalib gəlir» - deyə, Baş nazir bəyan edib.

Onun sözlərinə görə, hərbi hissələri hazırlamaq üçün İraqa ABŞ hərbi qüvvələrinin köməyi, logistik və kəşfiyyat dəstəyi çox vacibdir: «Mənim fikrimcə, bu üç vacib element üzrə İraqda bizə ABŞ-ın hərbi hissəsi lazımdır». O, həm də qeyd edib ki, «İD»-nin İraqda məğlubiyyətindən sonra İraq ABŞ hərbçilərinin daha az sayına ehtiyac duyacaq.

«Terrolrçuluqla mübarizə - bizim prioritetimizdir. Bu, hamı üçün prioritet olmalıdır» - deyə, əl-Əbadt qeyd edib. Onun fikrincə, «sülhə nail olmaq üçün müharibədə qələbə çalmaqdan daha çoxu lazımdır». Odur ki, İraqa həmkarlarının köməyi vacibdir - axı, terrorizm bütün dünya üçün təhlükədir».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar