Cəlilabad bazarından yarım ton noxud oğurlanıb

Cəlilabad rayonunda yerləşən bazarlardan birində oğurluq hadisəsi baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, bazarın ərzaq məhsulları satılan hissəsində 500 kiloqrama yaxın noxud oğurlanıb.

Sözügedən bazarın böyük mühafizə şəbəkəsi olmasına baxmayaraq, hadisənin müəmmalı şəkildə baş verdiyi bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır. Oğurluğun kim və ya kimlər tərəfindən törədildiyi öyrənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar